MEK tərəfindən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin biblioqrafik göstəricisi dərc edilib | SON XƏBƏR | SON XƏBƏR

MEK tərəfindən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin biblioqrafik göstəricisi dərc edilib

Akademik İSMAYIL HACIYEV

Mərkəzi Elmi Kitabxana tərəfindən AMEA Naxçıvan Bölməsinin sədri, tarix elmləri doktoru, akademik İsmayıl Muxtar oğlu Hacıyevin biblioqrafik göstəricisi hazırlanıb və  “Elm” nəşriyyatında çap olunub. AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru tarix elmləri doktoru, professor Oktay Sultanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri dosentlər Emin Şıxəliyev, Samir Quliyev və Mərkəzi Elmi Kitabxananın  Biblioqrafiya şöbəsinin  biblioqrafı Türkan Vahidovadır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik  İsmayıl Muxtar oğlu Hacıyevin biblioqrafiyası onun 1975-2020-ci illərdəki elmi və ictimai fəaliyyətini əks etdirir. Biblioqrafiyaya alimin Azərbaycan və xarici dillərdə çap olunmuş monoqrafiya, kitab, elmi konfrans, simpozium materialları və dövri mətbuatda dərc edilmiş məqalələri daxil edilib.

Biblioqrafiyada akademik İsmayıl Hacıyevin həyat və fəaliyyətinə dair oçerklər, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri,həmçinin alimin yaradıcılığını əks etdirən  materiallar müvafiq bölmələrdə  xronoloji ardıcıllıqla verilib.

Həmçinin  biblioqrafik göstəriciyə akademikin elmi redaktə işləri, ön söz yazdığı, rəy verdiyi və məsləhətçisi olduğu kitab və monoqrafiyalar, elmi rəhbəri, məsləhətçisi və opponenti olduğu dissertasiyalar, həyatı və elmi-ictimai fəaliyyəti haqqında olan məlumatları əks etdirən bölmələr də daxil edilib.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə soraq-axtarış aparatı hazırlanıb və əlifba prinsipi ilə düzülüb.

Türkan Vahidova

AMEA Mərkəzi Elmi Kitabxanasının

 Biblioqrafiya şöbəsinin  biblioqrafı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>