Türkiyənin koronavirusa qarşı yerli vaksini "TURKOVAC" adlanıb | SON XƏBƏR | SON XƏBƏR

Türkiyənin koronavirusa qarşı yerli vaksini “TURKOVAC” adlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə yerli peyvənd sınaqlarının üçüncü mərhələsinin başladığını elan edib.

Trend-in məlumatına görə, dövlət başçısı bildirib ki, yerli istehsalı olan peyvənd "TURKOVAC" adlanıb:

"Koronavirusa qarşı yerli peyvənd sınaqlarının üçüncü mərhələsi ilə Türkiyə bu sahədə yeni bir səhifə açır".

R.T.Ərdoğan onu da qeyd edib ki, Türkiyədə bir neçə həftə ərzində koronavirusa qarşı vaksinasiya prosesi 18 yaşdan yuxarı əhalinin hamısını əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>