Sentyabr 2, 2021 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2021 » Sentyabr » 02

Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Lökbatan” və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.

ABŞ “İda” qasırğası ilə əlaqədar strateji neft ehtiyatlarından istifadə edəcək

ABŞ “İda” qasırğası ilə əlaqədar strateji neft ehtiyatlarından istifadə edəcək

ABŞ prezidenti Cozef Bayden enerji naziri Cennifer Qrenxolma “İda” qasırğasının səbəb olduğu ölkədə yanacaq qiymətlərinin artması ilə mübarizə üçün strateji neft ehtiyatlarından istifadə etməyi tapşırıb. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, Bayden administrasiyası “İda”nın vurduğu ziyanı ən qısa müddətdə qiymətləndirməyə çalışır. “Enerji katibi Qrenxolma boru kəmərlərindən benzinin axmasını təmin etmək üçün strateji neft ehtiyatı da […]

Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, qızına da, nəvəsinə də öz adını qoydu, ərindən sonra 2 ay yaşaya bildi – Azərbaycanlı aktrisa Bakıya niyə gəlmirdi?

Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, qızına da, nəvəsinə də öz adını qoydu, ərindən sonra 2 ay yaşaya bildi – Azərbaycanlı aktrisa Bakıya niyə gəlmirdi?

Kulis.az ötən gün dünyasını dəyişən Xalq artisti Tamilla Ağamirova haqqında maraqlı faktları təqdim edir. Tamilla Mirsüca qızı Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Ailədə iki qız, bir oğlan olublar. Onun atasi Sucay Ağamirov bəy nəslindən olduğu üçün hər üç uşağının oxuması üçün əlindən gələni edib. *** Ancaq 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən […]

Nigar Şabanova İMİCİNİ DƏYİŞDİ – FOTO

Nigar Şabanova İMİCİNİ DƏYİŞDİ – FOTO

Əməkdar artist Nigar Şabanova xarici görünüşü ilə təəccübləndirib. Sənətçi xarici görünüşündəki tanınmaz dərəcədə dəyişkliyi ilə diqqət çəkib. Bu da Nigarın sözügedən görüntüsü: Xatırladaq ki, əməkdar artist bu ilin may ayında Xəyyam adlı XTQ mənsubu ilə nişanlanıb. BiG.Az

Bakıda bir-birinə bitişik iki ev yanıb

Bakıda bir-birinə bitişik iki ev yanıb

Paytaxt Bakıda bir-birinə bitişik iki ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² olan tikintisi başa çatmayan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 50 m² sahədə, mərtəbələr arasında taxta atmalar 15 m² sahədə, bitişik ümumi sahəsi 90 m² olan birmərtəbəli evin 1 otağının tavanı […]

Azərbaycanda 3 759 nəfər COVID-19-a yoluxub, 45 nəfər ölüb

Azərbaycanda 3 759 nəfər COVID-19-a yoluxub, 45 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, […]

Sabiq icra başçısı 4 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunub

Sabiq icra başçısı 4 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başlanıldığı elan edilib. Prokuror ittiham aktını elan edib. İttihama görə, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə […]

ŞUŞANIN MƏSULİYYƏT YÜKÜ – Deputatın yazısı

ŞUŞANIN MƏSULİYYƏT YÜKÜ – Deputatın yazısı

İllərdir Şuşa acısını doyasıya yaşadıq. Aylardır Şuşa zəfərini sevincini, qürurunu doyasıya yaşayırıq. İndi mən sizə hələ də doyasıya yaşaya və daşıya bilmədiyimiz Şuşa məsuliyyətindən danışacağam. Yaşamalı və daşımalı olduğumuz dövrün ən həyati əhəmiyyətli yüküdür bu! Adını belə də tələffüz etmək olar: Şuşanın məsuliyyət yükü. Anoloji olaraq bu kod altında bütün Qarabağın, Azərbaycanın məsuliyyət yükünü anlatmağa […]

Ağdam “Aqrolizinq”də cəsus var – Mobil Sadıqov direktorudan mətbuata kompromat ötürür – İDDİA

Ağdam “Aqrolizinq”də cəsus var – Mobil Sadıqov direktorudan mətbuata kompromat ötürür – İDDİA

Sizə kimdən deyək, kimdən danışaq, Mobil Sadıqovdan. Kimdir Mobil Sadıqov? Mobil Sadıqov o şəxsdir ki, müvəqqəti olaraq bir neçə ay Ağdam “Aqroliznq”in direktoru səlahiyyətlərini əvəz edib. Nə qədər çalışsada ki, bu vəzifəyə “əbədi” yeyələnməsi mümkün olmamışdır. Bütün əziyyətləri və çabaları boşa çıxmışdır. Ağdam “Aqrolizinq”inə başqa şəxs direktor təyin edilmişdir. Görünən odur ki, Mobil Sadıqov hələ […]

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrində döyüş atışlı məşğələlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrində döyüş atışlı məşğələlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrinin təlim mərkəzi və poliqonlarında şəxsi heyət aktiv məşğələlərə cəlb edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, səhra şəraitində və çətin relyefli ərazilərdə təşkil olunan məşğələlərdə komandirlər tərəfindən tabelikdə olanların silahla davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır. Şəxsi heyətin döyüş meydanında hədəfləri məhv edərək sağqalmaq vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə silah nümunələrinin tətbiqi […]

Page 1 of 512345