Sentyabr 7, 2021 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2021 » Sentyabr » 07

Qazaxda gənc qadın intihara cəhd edib

Qazaxda gənc qadın intihara cəhd edib

Qazax rayonunda intihara cəhd hadisəsi olub. Sonxəbər.info “Report”a istinadən bildirir ki, hadisə Yuxarı Salahlı kəndində qeydə alınıb. Gənc qadın (ad və soyad dəqiqləşdirilir-red) özünü asaraq intihar etmək istəyib. Lakin yaxınları onun həyatını xilas edə bilib. Vəziyyəti ağır olan qadının hansı səbəbdən intihar etmək istədiyi isə hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Stalinin erməni katibəsi – Gizlicə Trotskiyə işləyən, həbs edilən Varsenika dilinin badına gedib

Stalinin erməni katibəsi – Gizlicə Trotskiyə işləyən, həbs edilən Varsenika dilinin badına gedib

Toplum kimi mövcud olduqları gündən ermənilərin arasında hiyləgərlikləri, ikibaşlı oyunları, fürsət yaranan kimi xəyanət etmələri, uyğun və layiq olmadıqları mövqeləri tutmaq üçün əl atdıqları çirkin əməlləri ilə tanınanlar çox olub. Erməni siyasi fəalların bu xasiyyəti həmişə, hər yerdə və bütün sahələrdə özünü biruzə verib. Bu cür tipik personajlardan biri də Varsenika Kasparyan (Varsenika Cavadovna Kasparova) […]

Xankəndidən Şuşaya qaçış: Erməni köçünü hələlik yalnız rus sülhməramlılar əngəlləyir

Xankəndidən Şuşaya qaçış: Erməni köçünü hələlik yalnız rus sülhməramlılar əngəlləyir

Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin vəziyyəti aclıq və səfalət durumuna sürətlə yaxınlaşır; Ermənilər xilas variantları sırasına Azərbaycan dövlətinin himayəsinə sığınmaq seçimini də daxil etməyə başlayıblar… Erməni toplumu Cənubi Qafqaza köçürüldüyündən üzübəri ən ağır dövrünü yaşayır. Cənubi Qafqazda baş verən son hadisələr erməni toplumu üçün olduqca məyusedici məzmun daşıyır. Və bu toplum dünyadan, inkişaf prosesindən […]

Cəmil Babayev iki erməni əsgərlə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı

Cəmil Babayev iki erməni əsgərlə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı

Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycan tərəfinə qaytarılıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, C.Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılıb. C.Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni əsgərlə dəyişdirilib. Xatırladaq ki, avqustun 26-da Azərbaycan […]

Havalanan təyyarəmiz, havalanan düşmənimiz

Havalanan təyyarəmiz, havalanan düşmənimiz

Ağlımız söz kəsəndə başımızın üstündə uçuşan təyyarələr gördük. Adına “kukuruznik” deyirdilər. Sonradan öyrəndik ki, bu balaca, dərmansəpən təyyarələrə ona görə “kukuriznik” deyirlər ki, Xruşovun vaxtında Sovet İttifaqının intəhasız çöllərini başına götürmüş qarğıdalı tarlalarını məhz bu təyyarələr vasitəsilə zərərvericilərdən qoruyurmuşlar. Şoqəribin çox pis səsi vardı, özü də lap alçaqdan uçurdu. 4-5 yaşım olanda bir dəfə pambıq […]

Nazir tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün vətəndaşlara müraciət edib

Nazir tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün vətəndaşlara müraciət edib

Tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün şəxsi gigiyena və təmizliyə riayət etmək, özünə və ətrafındakılara qarşı diqqətli davranmaq vacibdir. Bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, yeni dərs ili ənənəvi formada başlayır: “Bu gün açıqlanmış qərara əsasən, 22 sentyabrdan ümumi təhsil müəssisələrinin I-IV sinifləri, 29 sentyabrdan isə digər siniflər və məktəbdənkənar […]

Ağcabədidə şok olay: Görün nələr yaşanır

Ağcabədidə şok olay: Görün nələr yaşanır

 

“Beynəlxalq Ordu Oyunları – 2021”-də iştirak edən heyətimiz Moskvadan Bakıya qayıdıb

“Beynəlxalq Ordu Oyunları – 2021”-də iştirak edən heyətimiz Moskvadan Bakıya qayıdıb

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Tank biatlonu” və “Mədəniyyət Ordusu” müsabiqələrində iştirak edən komandalarımız Bakıya qayıdıb. Müdafiə Nazirliyindən  verilən məlumata görə, müsabiqələrdə uğurla çıxış edən hərbçilərimizin qarşılanma mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib. Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və […]

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları keçdi

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 447 yeni yoluxma faktı qeydə alınıb, 3 428 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 447 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 977 nəfər müalicə olunaraq sağalıb, […]

Ləğv edilmiş MTN generalının istintaqı yekunlaşır

Ləğv edilmiş MTN generalının istintaqı yekunlaşır

Azərbaycan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi general Mövlan Şixəliyevin barəsində Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti Sonxəbər.info-nun sorğusuna cavab olaraq bildirib. Qeyd edilib ki, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Page 1 of 41234