28 il saxlanılan məscidin açarı bu gün təhvil verildi-FOTOLENT | SON XƏBƏR | SON XƏBƏR

28 il saxlanılan məscidin açarı bu gün təhvil verildi-FOTOLENT

Ağdam şəhərinin Cümə Məscidinin axundu Barat Bağırov doğma şəhərindəki məscidin açarlarını 28 il saxlayıb.

Sonxəbər.info APA-ya istinadən verdiyi məlumata görə, həmin açarları bu gün oğlu gətirib Cümə məscidinə.

40 il rayonun Cümə məscidinin axundu olan Barat Bağırovun oğlu Hamin Bağırov APA ya bildirib ki,  Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayı Səfixan Qarabaği adlı memar tərəfindən 1870-ci illərdə tikilib. Atası Barat Bağırov 1978-ci ildə məscidə təyinatla gəlib. Ağdam şəhəri işğal olunan günə kimi orda çalışıb.

 Hamin Bağırov bildirib ki, Ağdamın işğalı zamanı ona da xəbər veriblər ki, təcili oranı tərk etmək lazımdır:

“Məsciddə 2 şəhidin meyiti olduğu üçün atam əvvəlcə onları öz rayonlarına göndərib. Sonra məscidin qapısını bağlayaraq öz doğma yurd-yuvasını tərk edib. Bağlı qıfılın açarlarını da özü ilə götürüb. Lakin atam ötən il Ağdam işğaldan azad olandan sonra həyatını itirdi. Mən bu gün özümə borc bildim ki, atamın arzusunu yerinə yetirim. Məscidin açarlarını, bir də atamın Quran kitabını gətirmişəm ki, təhvil verim."

H. Bağırov onu da qeyd edib ki, Ağdamın Cümə məscidi Qarabağ müharibəsində ən çox şəhid qəbul edən ibadət ocaqlarından biri olub. Rayonun işğalından sonra atası Barat Bağırov ölən günə kimi Xındırıstan kəndində  fəaliyyət göstərən məsciddə işini davam etdirib.

613de1b0413f1613de1b0413f21631445424613de1b0413ef613de1b0413f0
613de1b0a66a5613de1b0a66a61631445424613de1b0a66a0613de1b0a66a3
613de1b16b49c613de1b16b49d1631445424613de1b16b498613de1b16b49a

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>