Ağstafa və Qazaxda 16 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM | SON XƏBƏR | SON XƏBƏR

Ağstafa və Qazaxda 16 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam verib.

Sərəncamda deyilir:

- Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon (bir milyon bir yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Ağstafa və Qazax rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 sentyabr tarixli Sərəncamına Əlavə

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər
Ağstafa 6 Aşağı Göycəli kəndi 2547
Göycəli kəndi (2 quyu) 2774
Köhnəqışlaq kəndi 698
Tatlı kəndi (2 quyu) 2741
Qazax 10 Ağköynək kəndi 3815
Aslanbəyli kəndi 4323
Aşağı Salahlı kəndi 1971
Bala Çaylı kəndi 1240
Cəfərli kəndi 1268
Çaylı kəndi 8069
Daş Salahlı kəndi 10823
Xanlıqlar kəndi 3705
Kəmərli kəndi 3221
Qaymaqlı kəndi 2225
Cəmi: 16 14 49 420

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>