Azərbaycan və Türkiyənin iqtisadiyyatına nəzər salsaq, görərik ki, rəqib deyil, bir-birini tamamlayan iki ölkədir.

Trend-in məlumatına görə, bunu Türkiyənin ticarət naziri Mehmet Muş deyib.

O bildirib ki, iki ölkə arasında ticarət əlaqələri çox yaxşı səviyyədədir və bunun daha da inkişaf etdirilməsi planlaşdırılır:

"Azərbaycanın bütün sahələrində Türkiyə şirkətləri yer almaq istəyir. Bizim də nazir olaraq vəzifəmiz bu istiqamətdə əməkdaşlıqları təmin etməkdir. Bunu etsək, həm Türkiyə, həm də Azərbaycan şirkətləri böyük uğurlara imza atacaq".