Qubernator Poqosyan hər gün Azərbaycan hərbçilərini görür və təzyiqi qalxır | SON XƏBƏR | SON XƏBƏR

Qubernator Poqosyan hər gün Azərbaycan hərbçilərini görür və təzyiqi qalxır

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) qubernatoru Melikset Poqosyan deyir ki, hər gün yolda silahlı “türklərlə” (azərbaycanlılar,-red.) qarşılaşır və təzyiqi qalxır.

“Başa düşün, mən hər şeydən çox özümü düşünürəm, çünki hər gün bu yolla keçəndə (Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsi,-red.) qarşımda silahlı türkü görürəm. Üç nəsillə döyüşmüş adam kimi hər gün türk görməkdən betər heç nə yoxdur. Mənim təzyiqim sıçradı, halım hamıdan pisdir”,-Poqostan Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndi yaxınlığında, Gorus-Qafan yolunun üstündə qoyulmuş sərhəd-polis postu barədə danışarkən bildirib.

Bəs azərbaycanlılar nə vaxtsa onun maşınını saxlayıblarmı? Poqosyan jurnalistin bu sualına belə cavab verib: “Onlar Ermənistan nömrəli heç bir maşını saxlamırlar, ancaq İran maşınlarını saxlayırlar. Bilmirəm niyə belədir. İran maşınlarının sürücülərinin sənədlərini yoxlayırlar”.

Xatırladaq ki, bir neçə gündür Azərbaycan tərəfi Eyvazlı kəndi yaxınlığında silahlı polis postu yerləşdirib və Gorus-Qafan yolu ilə hərəkət edən yük avtomobillərini yoxlayır. Həmin yolda Azərbaycan sərhədçilərinin də postları var.

virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>