TÜRKIYƏ "SPUTNIK LAYT"PEYVƏNDININ SERTIFIKATINI TANIMADI | SON XƏBƏR | SON XƏBƏR

TÜRKIYƏ “SPUTNIK LAYT”PEYVƏNDININ SERTIFIKATINI TANIMADI

Moskva. 10 sentyabr. INTERFAX.RU-nun verdiyi xəbərə görə, -"Sputnik Layt" vaksini ilə peyvənd olunmuş rusiyalı turistlər Türkiyəyə daxil olmaq üçün PCR testinin və  ya ekspres-testin , yaxud koronavirusun keçirilməsi haqqında arayışın nəticəsini təqdim etməli olacaqlar. Bu barədə  "İnterfaks"a məlumatı "İnturist" tur operatorunun mətbuat xidmətindən bildiriblər.

"COVİD-19 epidemiyasına qarşı mübarizə tədbirləri üzrə son qərar çərçivəsində, Türkiyəyə Rusiya Federasiyasından daxil olarkən, ölkədə mövcud olan bütün sərhəd məntəqələrində (quru, hava və ya dəniz) sərnişinlər aşağıdakı sənədlərdən birini təqdim etməlidirlər: COVİD-19 vaksinasiyasının keçmə sertifikatı. İki komponentli peyvənd sertifikatları qəbul edilir.  Qəbul edilən bu sənədlərdə "Sputnik Layt" vaksini siyahdan çıxarılıb.

Yenilənmiş giriş qaydaları turizm agentliklərinə çatdırılıb.

"Turistlər arasında narazılıqlar var, çünki əlavə tələblər  artıq xərclərdir. Buna baxmayaraq, heç kim səfərlərdən imtina etməyi planlaşdırmır", – deyə şirkətdən bildiriblər.

Xatırladaq ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi iyun ayında Türkiyədə qeydiyyatdan keçmiş yerli vaksinlərin hər hansı biri ilə peyvənd olunmuş rusiyalı turistləri qəbul edəcəyini bildirmişdi.

Qeyd edək ki, bir sıra Avropa ölkələri, məsələn Almaniya  Çin istehsalı olan "Sinovaq"la peyvəndi vurdurmuş insanları ölkəllərinə buraxmırlar.

Azərbaycana gəldikdə isə, bizdə qabaqcıl ölkələrin imtina etdiyi "Sinovaq","Sputnik" vaksinlərini parta-part insanlara vurur və üstəlik də heç bir ölkənin qəbul etmədiyi pasport tələb edirlər.

Sonda: ölkəyə sınaqdan çıxmış, keyfiyyətli vaksinlər gətirilməli, Çin, Rusiya vaksinlərindən imtina edilməlidir.

Şakir QURBANOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>