Valideynlər hansı hallarda övladlarını məktəbə göndərməyə bilər? | SON XƏBƏR | SON XƏBƏR

Valideynlər hansı hallarda övladlarını məktəbə göndərməyə bilər?

Azərbaycanda valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq.

Onun sözlərinə görə, həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər:

“İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir".

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>