SON XƏBƏR | Archive | HADİSƏ

Home » Archives by category » Uncategorized » HADİSƏ

Şəmkir sakinini güllələyib qətlə yetirən şəxsin məhkəməsi başlayır

Şəmkir sakinini güllələyib qətlə yetirən şəxsin məhkəməsi başlayır

Şəmkirdə həmyerlisini güllələyərək öldürən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb. Şəmkir rayon prokurorluğundan Sonxəbər.info-ya  verilən məlumata görə, 21 yanvar 2021-ci il tarixdə rayon sakini Bəxtiyar Alıyevin odlu silahla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla müəyyən edilmişdir ki, rayon sakini Vasif Aslanov şəxsi münasibətlər zəminində […]

Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Astara rayonunda qadını evində qətlə yetirən şəxsin barəsində olan cinayət işi məhkəməyə göndərilib. Astara rayon prokurorluğundan Sonxəbər.info-ya  verilən məlumata görə, 01 oktyabr 2020-ci il tarixdə Astara rayon sakini Aslanova Rəhimə Ağacan qızının yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla müəyyən edilmişdir ki, rayon sakini […]

Qoşqarçayda naməlum qadın meyiti tapılıb

Qoşqarçayda naməlum qadın meyiti tapılıb

Göygöl rayonu ərazisində çayda qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN )  verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə […]

Bakıda kütləvi davada qətl törədən dəstənin istintaqı başa çatdı

Bakıda kütləvi davada qətl törədən dəstənin istintaqı başa çatdı

Bakıda qətl hadisəsi törədən şəxslər barəsində olan cinayət işinin istintaqı başa çatıb. Yasamal rayon prokurorluğundan  Sonxəbər.info-ya verilən məlumata görə, 26 noyabr 2020-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində Əliyev Əli Calal oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla müəyyən edilib ki, qeyd […]

İstanbulda yaşayış binası çökdü (VİDEO)

İstanbulda yaşayış binası çökdü (VİDEO)

İstanbulda beşmərtəbəli yaşayış binası çöküb. Trend-in məlumatına görə, hadisə İstanbulun Zeytinburnu rayonunda baş verib. Qeyd olunur ki, qəzalı vəziyyətdə olduğu üçün boşaldılmış bina çöküb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Qəbələdə minik avtomobillərə toqquşub, ölən var

Qəbələdə minik avtomobillərə toqquşub, ölən var

Qəbələ rayonunun Savalan kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Yusifova Vilayət Baxış qızının meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bakıda külək motosikleti aşırıb, sürücü xəsarət alıb (VİDEO)

Bakıda külək motosikleti aşırıb, sürücü xəsarət alıb (VİDEO)

Bakıda güclü külək qəzaya səbəb olub. Trend-in məlumatına görə, hadisə Səbayil rayonu Salyan yolu 22 ünvanında qeydə alınıb. Güclü külək hərəkətdə olan motosikleti aşırdıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Arif Alışanovu hədələdi, anasının yasından gələndə qəzaya düşdü, iki övladı qaldı – Bu gün ölən müğənninin həyat gizlinləri

Arif Alışanovu hədələdi, anasının yasından gələndə qəzaya düşdü, iki övladı qaldı – Bu gün ölən müğənninin həyat gizlinləri

Bu gün maşın qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov haqqında maraqlı faktları təqdim edirik. Müğənni Aslan Hüseynov 1969-cu ildə Qırğızıstanda anadan olub. Onun atası Qırğızıstanda yol polisi işləyib. Uşaqlıq və gənclik illəri orada yaşayan müğənni sonradan ailəsi ilə birlikdə Bakıya köçüb və müğənnilik karyerasına başlayıb. *** Müğənni uzun müddət Qırğızıstanda yaşadığı üçün at ətindən hazırlanan […]

Bərdədə silahlı qarşıdurma və qətl törədən şəxslər məhkəməyə çıxarılır

Bərdədə silahlı qarşıdurma və qətl törədən şəxslər məhkəməyə çıxarılır

Bərdə rayonunda qətllə nəticələnən silahlı qarşıdurmada təqsirləndirilən şəxslərin məhkəməsi başlayır. Baş Prokurorluqdan  Sonxəbər.info-ya verilən məlumata görə, 2020-ci il avqustun 12-də Bərdə rayonu ərazisində baş vermiş silahlı insident zamanı rayon sakini Camalov Mansur Kamil oğlu qəsdən öldürülüb. Qeyd edilən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb. Aparılmış istintaqla […]

DİN müğənni Aslanın ölümü ilə bağlı məlumat yayıb

DİN müğənni Aslanın ölümü ilə bağlı məlumat yayıb

Ötən gün avtomobil qəzasında həlak olan müğənni Aslan Hüseynovun ölümü barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumatda deyilir ki, mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisində qəza baş verib. Hadisədə Bakı şəhər sakini Aslan Hüseynov (müğənni) idarə etdiyi “BMW” markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük […]

Page 1 of 613123Next ›Last »